Ana Sayfa > Karusel / Gündəm > Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı


19-09-2022, 18:28. Yazar: Admin

Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 5916 nəfər mülki şəxs həlak olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Məlumata görə, Ukraynada 8616 nəfər mülki şəxs yaralanıb. Ölənlərin 2306-ı kişi, 1582-i qadın, 156-ı qız və 188-i oğlandır. Cinsiyyəti hələlik məlum olmayan 35 uşaq və 1649 böyük var.


Geri dön