Ana Sayfa > Karusel / Gündəm > Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında görüş keçiriləcək

Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında görüş keçiriləcək


19-09-2022, 17:21. Yazar: Admin

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparacaq.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Hunanyan bildirib.

 

Onun sözlərinə görə, üçtərəfli formatda görüş bu gün keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdədir.


Geri dön