Ana Sayfa > Karusel / Gündəm > Türkiyənin Vitse-prezidenti: Ağ Ev Pelosinin açıqlamalarına aydınlıq gətirməlidir

Türkiyənin Vitse-prezidenti: Ağ Ev Pelosinin açıqlamalarına aydınlıq gətirməlidir


19-09-2022, 16:18. Yazar: Admin

Fuat Oktay

 

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tam uzaq, qərəzli baxışı əks etdirən və diplomatik səyləri sabotaj edən açıqlamaları qəbuledilməzdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı açıqca bəlli olan Pelosi və lobbi tərəfindən dəstəklənən bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.

“Bölgədə davamlı barış və stabilliyə şiddətlə ehtiyac duyulan bir vaxtda bütün beynəlxalq aktorları məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız və hüquqsuz bir şəkildə işğal altında saxlanılan Ana Vətən torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”, - o vurğulayıb.


Geri dön