Ana Sayfa > Karusel / Gündəm > Generalın vəkilinin halı pisləşdi, iş başında vəfat etdi
Generalın vəkilinin halı pisləşdi, iş başında vəfat etdi19-09-2022, 14:58. Yazar: Admin |
Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib. Vəkil, 1958-ci il təvəllüdlü Valeriy Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsə də, 64 yaşlı vəkil vəfat edib. V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub. Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub. Qafqazinfo.az Geri dön |