Ana Sayfa > Karusel / Gündəm > İrandan Pelosinin Ermənistana səfərinə ETİRAZ

İrandan Pelosinin Ermənistana səfərinə ETİRAZ


19-09-2022, 12:47. Yazar: Admin

İran regiona hər hansı fərqli yanaşmanı təxribat hesab edir. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib. 

 

Onun sözlərinə görə, ABŞ rəsmisinin regiona səfəri sabitliyi poza bilər. 

 

“Bu səfəri regionda qeyri-sabitliyi qızışdırmaq kimi qəbul edirik. Biz gərginliyin region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük. Bu, İslam Respublikasının prinsipial siyasətidir”, - deyə rəsmi Tehran ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə etiraz edib.


Geri dön