Ana Sayfa > Karusel / Gündəm > Dünyada 771 milyon insan oxuma və yazmağı bilmir
Dünyada 771 milyon insan oxuma və yazmağı bilmir19-09-2022, 01:15. Yazar: Admin |
Dünyada təxminən 771 milyon insan oxumağı və yazmağı bilmir. Qarabaginfo.az xəbər verir, bu barədə YUNESKO-nun Statistika İnstitutunun apardığı araşdırmada qeyd olunur. Dünya üzrə savadsız yetkin insanların ümumi sayının üçdə ikisini qadınlar təşkil edir. Eyni zamanda, son 50 ildə dünyada gənclər arasında savadlılıq səviyyəsində artım müşahidə olunur. 15 yaşdan yuxarı yaş qrupunda savadlılıq səviyyəsi 1990-cı ildə 74%-ə, 2000-ci ildə 81%-ə, 2010-cu ildə 84%-ə, 2020-ci ildə isə 87%-ə çatıb. Geri dön |