Ana Sayfa > Karusel / Gündəm > "Qarabağ" "Zirə"ni darmadağın etdi

"Qarabağ" "Zirə"ni darmadağın etdi


18-09-2022, 22:31. Yazar: Admin

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu gün "Qarabağ" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 18-ə yüksəldib və "Neftçi"yə çatıb. "Zirə" isə 10 xalla 6-cı sıradadır.


Geri dön