Ana Sayfa > Karusel / Gündəm > Soltan Məmmədov: “Fransa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib”
Soltan Məmmədov: “Fransa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib”18-09-2022, 20:16. Yazar: Admin |
“Fransada erməni vandalları Azərbaycan səfirliyinə basqın ediblər. Çox təəssüf ki, özünü hüquqi dövlət kimi dünyaya təqdim edən Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini təmin etmək üçün zəruri addımlar atmayıb”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. İşçi qrupun rəhbəri qeyd edib ki, bu, Fransanın beynəlxalq hüquqa, o cümlədən, "Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasına görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi anlamına gəlir. Geri dön |