Ana Sayfa > Karusel / Gündəm > Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 46-ya çatıb

Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 46-ya çatıb


18-09-2022, 17:16. Yazar: Admin

Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 46-ya çatıb

Tacikistanla sərhəddə gedən döyüşlər nəticəsində həlak olan Qırğızıstan vətəndaşlarının sayı 10 nəfər artaraq 46 nəfərə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Batken bölgəsindən alınan əməliyyat məlumatlarına əsasən, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir", - məlumatda bildirilir.


Geri dön