Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan XİN Pelosinin Ermənistandakı açıqlamalarını normallaşma səylərinə ciddi zərbə adlandırıb
Azərbaycan XİN Pelosinin Ermənistandakı açıqlamalarını normallaşma səylərinə ciddi zərbə adlandırıb18-09-2022, 16:11. Yazar: Admin |
“N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir”. Qarabaginfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı söylədikləri ilə bağlı açıqlamasında qeyd olunub: “Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir”. Geri dön |