Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Nepalda təbii fəlakət - Ölənlər var
Nepalda təbii fəlakət - Ölənlər var18-09-2022, 15:11. Yazar: Admin |
Nepalın qərbində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Qarabaginfo.az xəbər verir ki, paytaxt Katmandudan 450 kilometr aralıda yerləşən Açxam rayonunda baş verən təbii fəlakət nəticəsində azı 10 nəfər xəsarət alıb. Hadisə yerində xilasedicilər, hərbçilər və könüllülər çalışırlar. Qonşu Kailali rayonunda 1500-ə yaxın insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Daha əvvəl yerli hakimiyyət 14 nəfərin öldüyünü bildirmişdi. Geri dön |