Ana Sayfa > Karusel / Gündəm > Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, ana və iki uşaq yaralanıb
Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, ana və iki uşaq yaralanıb18-09-2022, 14:27. Yazar: Admin |
Hacıqabulda qadın sürücü qəza törədib. Qarabaginfo.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb. Uşaqlar ambulator yardım alsalar da ana müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri dön |