Ana Sayfa > Karusel / Gündəm > İtaliya daşqınlara təslim oldu
İtaliya daşqınlara təslim oldu18-09-2022, 12:48. Yazar: Admin |
İtaliyanın Ankona şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər ölüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ankona şəhərinin rəhbərliyi məlumat yayıb. Bildirilib ki, daşqınlar səbəbindən üç nəfər itkin düşüb. Ostra bölgəsinə səfər edən İtaliyanın Baş naziri Mario Draqi rəsmilərdən məlumat alıb. Qeyd edək ki, Marke Regional Rəhbərliyi daşqınlar səbəbindən həyatını itirənlər ilə əlaqədar iki gün matəm elan edib. Geri dön |