Ana Sayfa > Karusel / Sosial > Neftçalanın icra başçısı yaralı hərbi qulluqçularla görüşdü - Fotolar

Neftçalanın icra başçısı yaralı hərbi qulluqçularla görüşdü - Fotolar


17-09-2022, 22:43. Yazar: Admin

Neftçalanın icra başçısı yaralı hərbi qulluqçularla görüşdü

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Neftçala rayonundan ordumuzun bir neçə hərbi qulluqçusu yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov Müdafiə Nazirliyinin Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxribatlar zamanı yaralanan hərbi qulluqçulara baş çəkib.

RİH başçısı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Neftçala rayon sakinləri hərbi qulluqçu Əkbərov Namiq Şaxsəddin oğluna və Quliyev Şirxan İbrahim oğluna baş çəkib, onların səhhəti ilə maraqlanıb.


Geri dön