Ana Sayfa > Karusel / Qarabağ > Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi vəfat edib


17-09-2022, 22:27. Yazar: Admin

Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən bildirilib

 

Bildirilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

 

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

Allah şəhidlərimizə rəhmət eləsin.(Apa)


Geri dön