Ana Sayfa > Karusel / İdman > Hacı Əliyev mübarizəyə başlayır

Hacı Əliyev mübarizəyə başlayır


17-09-2022, 13:35. Yazar: Admin

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

 

Qarabaginfo.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq. 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov 1/8 final mərhələsində Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

65 kq-da çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev eyni raundda Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) duelinin güclüsü ilə, 97 kq-dakı Maqomedxan Maqomedov isə Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi ilə görüşəcək.

 

Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) görüşünün güclüsü ilə döşək üzərinə çıxacaq.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb.


Geri dön