Ana Sayfa > Karusel / Cəmiyyət > Sabahın hava proqnozu

Sabahın hava proqnozu


17-09-2022, 12:17. Yazar: Admin

Sabahın hava proqnozu açıqlanıb - AZƏRTAC

 

 

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Qarabaginfo.az-a Milli Hidrometeorologya Xidmətindən xəbər verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.


Geri dön