Ana Sayfa > Karusel / Gündəm > Ermənistan spikeri KTMT-dən narazılığını bildirdi
Ermənistan spikeri KTMT-dən narazılığını bildirdi16-09-2022, 23:21. Yazar: Admin |
Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazılığını ifadə edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. O, açıq şəkildə bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycana verdiyi cavabdan narazıdır. Simonyan bildirib ki, erməni tərəfinin gözləntiləri özünü doğrultmur. “Biz nəticə çıxaracağıq”, - deyə o qeyd edib. Bundan əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, İrəvanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb. Geri dön |