Ana Sayfa > Karusel / Gündəm > Putin: “Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub”
Putin: “Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub”16-09-2022, 19:40. Yazar: Admin |
Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi bizim hamımızı narahat edir. Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib. “Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, - deyə Putin qeyd edib. Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: “Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”. Geri dön |