Ana Sayfa > Karusel / Gündəm > Putin taxıl sazişinin icrasına verdiyi töhfəyə görə Ərdoğana təşəkkür edib

Putin taxıl sazişinin icrasına verdiyi töhfəyə görə Ərdoğana təşəkkür edib


16-09-2022, 18:52. Yazar: Admin

Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna limanlarından taxıl ixracına dair əldə olunan razılaşmaların həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

Qarabaginfo.az-ın məlumatına görə, Rusiya prezidenti ŞƏT sammiti çərçivəsində Səmərqənddə keçirilən görüş zamanı Ərdoğana taxıl sazişinin həyata keçirilməsinə görə təşəkkürünü bildirib.

“İlk növbədə, ərzaq proqramının həyata keçirilməsinə verdiyiniz töhfəyə görə sizə bir daha təşəkkür etmək istərdim, siz bu gün bunu da qeyd etdiniz, mən Ukrayna taxılının ixracını nəzərdə tuturam", - deyə Putin qeyd edib.


Geri dön