Ana Sayfa > Karusel / Gündəm > Putin müharibəni tezliklə dayandırmaq istəyir

Putin müharibəni tezliklə dayandırmaq istəyir


16-09-2022, 17:48. Yazar: Admin

Rusiya Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək üçün hər şeyi edəcək, lakin Kiyev danışıqlardan imtina edir.

 

Bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə deyib.

 

Putin Modi ilə danışıqlar zamanı Rusiyanın müharibənin davam etməsində maraqlı olmadığını söyləyib. O Kiyevi danışıqlardan qaçmaqda ittiham edib.

 

Bundan əlavə, Putin Rusiya Federasiyası ilə Hindistan arasında vizasız turist səfərləri haqqında saziş üzrə danışıqların intensivləşdirilməsini təklif edib.


Geri dön