Ana Sayfa > Karusel / Gündəm > Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi

Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi


16-09-2022, 17:14. Yazar: Admin

Dünyada səhiyyə sistemləri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına reaksiya verməyə hazır olmalıdır.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlərə dair proqramının direktoru Maykl Rayan deyib. 

 

Rayan dünyada COVID-19-a qarşı mübarizədə vəziyyətin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, planetimizin əhalisinin xeyli hissəsi hələ də vaksinasiya olunmayıb.

 

“Daha yoluxucu və virulent olan yeni ştamın yaranması bizi geri çəkilməyə vadar edə bilər. Biz sayıqlığı qorumalıyıq. Səhiyyə sistemləri buna reaksiya verməyə hazır olmalıdırlar. Əgər koronavirusun yeni variantı əmələ gələrsə, onu xarakterizə etmək üçün qat-qat çox vaxt lazım gələ bilər", - deyə ÜST rəsmisi vurğulayıb.


Geri dön