Ana Sayfa > Karusel / Gündəm > Şəhid Səbuhinin qardaşının son videosu araşdırılır - PROKURORLUQ
Şəhid Səbuhinin qardaşının son videosu araşdırılır - PROKURORLUQ16-09-2022, 17:13. Yazar: Admin |
"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır".
Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Baş Prokurorluqdan bildirilib. Geri dön |