Ana Sayfa > Karusel / Sosial > “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir


16-09-2022, 16:34. Yazar: Admin

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

“Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Sosial xidmətlər haqqında” qanunlara dəyişiklik edilir.

Milli Məclisdən Qarabaginfo.az-a daxil olan məlumatda bildirilib ki, bununla bağlı sənədlər birinci oxunuşda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məlumata əsasən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sosial xidmətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.

“Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il  27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.

Bununla əlaqədar olaraq, adıçəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə  Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən şöbə müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən  dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb”, - deyə məlumatda qeyd olunur.


Geri dön