Ana Sayfa > Karusel / Gündəm > “VAZ”la yük maşını toqquşdu, sürücü öldü

“VAZ”la yük maşını toqquşdu, sürücü öldü


22-06-2020, 16:10. Yazar: Admin

 

“VAZ”la yük maşını toqquşdu, sürücü öldü

 

Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, qəza iyunun 21-də saat 20 radələrində qeydə alınıb. 

Kənd sakini Təhməz Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşub. Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdiriliblər.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.


Geri dön