Ana Sayfa > Karusel / Gündəm > Paşinyan Putin və Makronla sərhəddəki vəziyyəti müzakirə edib
Paşinyan Putin və Makronla sərhəddəki vəziyyəti müzakirə edib16-09-2022, 10:59. Yazar: Admin |
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib. Tərəflər Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilən qərarların reallaşmasını müzakirə edib. Bundan əlavə o, Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı aparıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub. Makron sülh danışıqları çərçivəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Tərəflər Ermənistanın BMT-yə müraciətini də müzakirə ediblər. Geri dön |