Ana Sayfa > Karusel / Gündəm > Taliban ABŞ-ı Əfqanıstanın aktivlərini mənimsəməkdə ittiham edir
Taliban ABŞ-ı Əfqanıstanın aktivlərini mənimsəməkdə ittiham edir16-09-2022, 01:54. Yazar: Admin |
Taliban hakimiyyəti ABŞ-ı Əfqanıstanın aktivlərini mənimsəməkdə ittiham edib və bu aktivlərin qeyd-şərtsiz qaytarılmasını tələb edib. Qarabaginfo.az-ın xəbərinə görə, Talibanın sözçüsü Zabihulla Mücahid bildirib ki, dondurulmuş aktivlər əfqan xalqına aiddir və onların istifadəsi qeyd-şərtsiz sərbəstləşdirilməlidir. Vaşinqton öz növbəsində İsveçrədə fond yaradaraq bura Əfqanıstanın dondurulmuş aktivlərinin yarısını (3,5 milyard dollar) yerləşdirib. Bu vəsait Əfqanıstanın xarici borclarını və elektrik idxalından yaranan borcu ödəməyə sərf ediləcək. Əfqanıstanın Mərkəzi Bankı da ABŞ-ın 7 milyard dollarlıq aktivləri dondurduğunu bildirib. Geri dön |