Ana Sayfa > Karusel / Region > TBMM sədri Azərbaycan xalqını təbrik edib

TBMM sədri Azərbaycan xalqını təbrik edib


15-09-2022, 22:18. Yazar: Admin

Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakının bolşevik-erməni dəstələrindən azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, Şentop bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Bakının düşmən işğalından azad edilməsinin 104-cü ildönümünü ürəkdən təbrik edir, başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarını, Anadoludan qardaş ölkəmizə köməyə gələn Mehmetçimizi rəhmətlə yad edirəm”, - deyə o, bildirib.


Geri dön