Ana Sayfa > Karusel / Siyasət / Region > Rumıniya və Moldova XİN rəhbərləri Odessaya səfər edib

Rumıniya və Moldova XİN rəhbərləri Odessaya səfər edib


15-09-2022, 20:39. Yazar: Admin

Rumıniya və Moldova XİN rəhbərləri Odessaya səfər edib

Rumıniya, Moldova və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rumıniya xarici işlər naziri Boqdan Auresku "Twitter" də bildirib.

Moldovalı həmkarı Niku Popesku ilə Odessaya səfər etdiyi bildirən Rumıniya XİN başçısı səfərin məqsədinin üç ölkənin XİN rəhbərlərinin ilk üçtərəfli iclasında iştirak etmək olduğunu qeyd edib.

O bildirib ki, bu formatın məqsədi müvafiq ölkələrin koordinasiyasını daha da yaxşılaşdırmaq və üzləşdikləri hazırkı çətiniklərin öhtəsindən gəlmək istiqamətində əməkdaşlıqdır.


Geri dön