Ana Sayfa > Karusel / Gündəm > 2026-cı ildə əhalinin gəlirləri 91,9 milyard manata yüksələcək
2026-cı ildə əhalinin gəlirləri 91,9 milyard manata yüksələcək15-09-2022, 19:19. Yazar: Admin |
Növbəti və sonrakı 3 ildə əhalinin gəlirləri və xərcləri artacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilib. Qeyd edilib ki, eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 milyard manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir. Geri dön |