Ana Sayfa > Karusel / Gündəm > Hərbi ekspert: “Ordumuzun əməliyyatı effektiv olub, 400-dək erməni hərbçi məhv edilib”

Hərbi ekspert: “Ordumuzun əməliyyatı effektiv olub, 400-dək erməni hərbçi məhv edilib”


15-09-2022, 18:39. Yazar: Admin

Hərbi ekspert: “Ordumuzun əməliyyatı effektiv olub, 400-dək erməni hərbçi məhv edilib”

Sentyabrın 12-dən baş tutan qarşıdurmada Ermənistanın 400-dək hərbi qulluqçusu məhv edilib.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O vurğulayıb ki, rəsmi olaraq qeyd olunmasa da, artıq Azərbaycan və Ermənistanın müxtəlif mənbələrində bu barədə bildirilib: “Bildiyim qədəri ilə, Azərbaycan Ordusunun bölmələri düşmənin təxribatlarının qarşısını birdəfəlik almaq üçün onun müdafiə xəttini yararaq döyüş mövqelərində, dayaq məntəqələrində və daimi dislokasiya məntəqələrində onları məhv edib”.

Ramil Məmmədlinin sözlərinə görə, ümumiyyətlə, görünən odur ki, 44 günlük Vətən müharibəsi ilə müqayisədə bu il sentyabrın 12-dən başlayan qarşıdurmada Ordumuzun keçirdiyi əməliyyat daha da effektiv olub: “Belə ki, ermənilərin bu 3 gün ərzindəki meyitlərinin sayı Vətən müharibəsindəki gündəlik meyitlərin sayı ilə müqayisədə daha çoxdur. Təkcə bu məqam az öncə qeyd etdiklərimin həqiqət olduğunu deməyə əsas verir”.

Hərbi ekspert diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun bu uğuru Türkiyə modelinin tətbiqi istiqamətində aparılan islahatların nəticəsidir: “Yeni komando hərbi hissələrinin yaradılması, daha peşəkar XTQ bölmələri, yeni alınan müasir silah və texnika, intensiv təlimləri göstərə bilərəm. Bəli, məhz bu nüanslar bu gün Ordumuzun daha peşəkar, daha güclü və daha bacarıqlı Orduya çevrilməsinə səbəb olub”.


Geri dön