Ana Sayfa > Karusel / Gündəm > Rusiya XİN: Sərhəddəki gərginliyə baxmayaraq, sülh sazişi üzrə iş dayanmayıb

Rusiya XİN: Sərhəddəki gərginliyə baxmayaraq, sülh sazişi üzrə iş dayanmayıb


15-09-2022, 14:55. Yazar: Admin

Rusiya XİN: Sərhəddəki gərginliyə baxmayaraq, sülh sazişi üzrə iş dayanmayıb

Azərbaycan-Ermənistan sərhədindəki baş verən gərginliyə baxmayaraq, iki ölkə arasında sülh sazişi ilə bağlı iş dayanmayıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu, başlıca prioritetdir. Rusiya tərəfi lazımi köməkliyi göstərir. Rusiya XİN-nin xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də İrəvanda səfərdə olub. Hər iki səfərdə əsas mövzu sülh sazişinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa səy göstəririk. Sizi əmin edirəm ki, bu səylər davam edəcək”, - XİN sözçüsü vurğulayıb.


Geri dön