Bakıda taxta materiallar yanıb.
Qarabaginfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda ümumi sahəsi 2000 m² olan əraziyə yığılan taxta materialları 100 m² sahədə yanıb.
Taxta materiallarının qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.