Ana Sayfa > Karusel / Gündəm > KTMT rəsmisi İrəvanın ümidlərini puç etdi: Hərbi gücdən söhbət gedə bilməz!

KTMT rəsmisi İrəvanın ümidlərini puç etdi: Hərbi gücdən söhbət gedə bilməz!


15-09-2022, 12:34. Yazar: Admin

Ermənistan və Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin tətbiqindən söhbət getmir, qurum münaqişənin sülh yolu ilə həllinə ümid edir.

Bunu KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov bildirib.


“Gəlin özümüzdən qabağa getməyək. Sadəcə onu demək istəyirəm ki, sentyabrın 13-də dövlət başçılarımız yekdilliklə bəyan etdilər ki, bu gün Ermənistanla Azərbaycan arasında mövcud olan problem siyasi və diplomatik üsullarla həll edilməlidir”, - Sidorov jurnalistlərə bildirib.


“Nə sentyabrın 13-də, nə dünən, nə də bu gün və məncə, yaxın gələcəkdə KTMT-nin iştirakı ilə hərbi gücdən istifadədən söhbət gedə bilməz”, - o vurğulayıb.


Sidorov xatırladıb ki, tərəflər artıq atəşkəs barədə razılığa gəliblər.
 

"Ümid edirik ki, proseslər silah və güc tətbiq edilmədən sülh yolu ilə həllini davam etdirəcək", - o əlavə edib.

Xatırladaq ki, sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində gərginlik artandan sonra rəsmi İrəvan KTMT-yə müraciət edərək kömək istəmişdi.


Geri dön