Ana Sayfa > Karusel / Təhsil > Ağalıda 29 il sonra ilk zəng çalındı

Ağalıda 29 il sonra ilk zəng çalındı


15-09-2022, 09:54. Yazar: Admin

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs keçirilir.

 

Bu gün səhər saatlarında əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak edir.

 

Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.


Geri dön