Ana Sayfa > Karusel / Gündəm > Vaşinqtonda Türkiyə-ABŞ siyasi məsləhətləşmələri keçiriləcək

Vaşinqtonda Türkiyə-ABŞ siyasi məsləhətləşmələri keçiriləcək


14-09-2022, 19:24. Yazar: Admin

Vaşinqtonda Türkiyə-ABŞ siyasi məsləhətləşmələri keçiriləcək

Türkiyə xarici işlər nazirinin müavini səfir Sedat Önal Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində sentyabrın 15-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Vendi Şerman və dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland ilə məsləhətləşmələr aparacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, məsləhətləşmələrdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər və beynəlxalq hadisələrin də müzakirə ediləcəyi nəzərdə tutulur.


Geri dön