Ana Sayfa > Karusel / Gündəm > MN: Ermənistan qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır
MN: Ermənistan qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır14-09-2022, 17:41. Yazar: Admin |
Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır. "Bir daha bəyan edirik ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqliklə qarşı tərəfin atəş nöqtələrinə zərbələr endirilir", - qeyd olunub. Geri dön |