Ana Sayfa > Karusel / Gündəm > “İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf

“İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf


14-09-2022, 17:22. Yazar: Admin

Ermənistan ordusunun itkilərinin sayı 200-ü keçib.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan bildirib.



"Ermənistanın ötən gün itkiləri 200-ü çoxdan keçib. Bu, ciddi rəqəmdir", - deyə deputat KİV-ə müsahibəsində vurğulayıb.

 

Ermənistan Baş naziri Nikol Paşinyan isə bugünkü çıxışında itki sayının 105-ə çatdığını deyib.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.


Geri dön