Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Putinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti MÜZAKİRƏ EDƏCƏK

Ərdoğan Putinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti MÜZAKİRƏ EDƏCƏK


14-09-2022, 17:06. Yazar: Admin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək niyyətindədir.


Qarabaginfo.az xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.


“Ərdoğan bu həftə Səmərqənddə Putinlə Ermənistan və Azərbaycan arasında baş verən toqquşmaları müzakirə edəcək”, - agentlik bildirib.


Xatırladaq ki, sabah – sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti öz işinə başlayacaq. Sammitdə bir sıra dövlətlərin başçısları iştirak edəcək.


Geri dön