Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Prezidenti: Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir
Azərbaycan Prezidenti: Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir14-09-2022, 14:20. Yazar: Admin |
Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edib. Dövlət başçısı buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Dövlət başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini vurğulayıb. Geri dön |