Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsəndəki mövqelərini atəşə tutur

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsəndəki mövqelərini atəşə tutur


14-09-2022, 13:49. Yazar: Admin

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsəndəki mövqelərini atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.

"Əməliyyat şəraiti ordumuzun nəzarətindədir", - qeyd olunub.


Geri dön