Ana Sayfa > Karusel / Gündəm > Lavrovun xüsusi nümayəndəsi sülh müqaviləsi üzərində işləmək üçün Bakı və İrəvana səfər edəcək
Lavrovun xüsusi nümayəndəsi sülh müqaviləsi üzərində işləmək üçün Bakı və İrəvana səfər edəcək14-09-2022, 11:38. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün sentyabrda Bakı və İrəvana müntəzəm səfərlər edəcək. Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA “Novosti”yə müsahibəsində bildirib. “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan bizə Rusiyanın müvafiq yardımına tələbatın olduğunu təsdiqləyiblər. Əlbəttə, bizim üçün bu, özünü reklam deyil, lakin böyük məsuliyyətdir”, - Qonçar vurğulayıb. O xatırladıb ki, bu səylərə sistemli və məzmunlu xarakter vermək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov xüsusi tapşırıqlar üzrə səfir Xovayevə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndə funksiyalarını həvalə edib: “Xovayev sülh müqaviləsi mövzusu ilə bağlı məsləhətləşmələr aparmaq, müqavilə layihəsinin razılaşdırılmasını asanlaşdırmaq üçün tərəfdaşların mövqelərində ümumi əsaslar axtarmaq üçün mütəmadi olaraq Bakı və İrəvana səfər edir. Onun regiona növbəti səfərləri bu ay həyata keçirilir”. Geri dön |