Ana Sayfa > Karusel / Gündəm > Regionda hərbi gərginliyin Azərbaycanın marağında olmadığı diplomatların diqqətinə çatdırılıb

Regionda hərbi gərginliyin Azərbaycanın marağında olmadığı diplomatların diqqətinə çatdırılıb


13-09-2022, 19:55. Yazar: Admin

Regionda hərbi gərginliyin Azərbaycanın marağında olmadığı diplomatların diqqətinə çatdırılıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında deyil.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə bildirilib.


Geri dön