
“COVID-19” pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq Milli Məclisin sabah keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.
Qarabaginfo.az xəbər verir ki, Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları iyunun 23-də bəlli olacaq.
Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.
Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.
Geri dön
|