Ana Sayfa > Karusel / Siyasət > Putinin köməkçisi: Rusiya və Türkiyə prezidentləri daim təmasdadır

Putinin köməkçisi: Rusiya və Türkiyə prezidentləri daim təmasdadır


13-09-2022, 18:48. Yazar: Admin

Putinin köməkçisi: Rusiya və Türkiyə prezidentləri daim təmasdadır

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daimi təmasdadırlar, onlar Səmərqənddə keçiriləcək görüşdə taxıl sazişi və ikitərəfli iqtisadi məsələləri müzakirə edəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Onlar daim bir-biri ilə əlaqədədirlər, o cümlədən telefonla dialoqu davam etdirirlər. Hazırda danışıqlar üçün çoxlu mövzular var, o cümlədən Türkiyənin bu cür müsbət roluna, xüsusən də taxıl sazişinin bağlanmasındakı roluna dair... Danışıqların gedişatında avqustun 5-də Soçidə əldə olunmuş iqtisadi məsələlərə dair razılaşmalar böyük yer tutacaq", - Putinin köməkçisi vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 15-16 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.


Geri dön