Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 325 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib
Azərbaycanda son sutkada 325 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib13-09-2022, 15:05. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir. Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 753 test aparılıb. Geri dön |