Ana Sayfa > Karusel / Gündəm > Suriyadan olan 6 qaçqın Avropaya gedən qayıqda öldü

Suriyadan olan 6 qaçqın Avropaya gedən qayıqda öldü


12-09-2022, 22:19. Yazar: Admin

Suriyadan olan 6 qaçqın Avropaya gedən qayıqda öldü

Bu gün İtaliyanın Siciliya adasının Pozzallo limanına gələn miqrant qayığında üçü uşaq olmaqla altı suriyalı qaçqın ölü tapılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İtaliyadakı nümayəndəsi Çiara Kardoletti tviterdə yazıb.

“Onlar susuzluqdan, aclıqdan və ağır yanıqlardan ölüblər. Bu qəbuledilməzdir”, - o qeyd edib.

Təşkilatın açıqlamasında bu il Aralıq dənizində 1200 miqrantın öldüyü bildirilib.

İtaliya Daxili İşlər Nazirliyinin son məlumatına görə, yanvarın 1-dən sentyabrın 9-dək ölkəyə dəniz yolu ilə 62,8 min miqrant gəlib. 2021-ci ilin eyni dövründə bu rəqəm 41 min nəfər təşkil edib.

 


Geri dön