Ana Sayfa > Karusel / Gündəm > Baş nazir Ağsuda müşavirə keçirdi - Ərzaq qıtlığından danışdı
Baş nazir Ağsuda müşavirə keçirdi - Ərzaq qıtlığından danışdı12-09-2022, 14:51. Yazar: Admin |
Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub.
Bu barədə Qarabaginfo.az -a Nazirlər Kabinetindən məlumat verilib. Müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Geri dön |