Ana Sayfa > Karusel / Gündəm > Kişi ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ

Kişi ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ


12-09-2022, 14:09. Yazar: Admin

Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

 

Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub. Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.


Geri dön