Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə yaralanan azərbaycanlıların ADLARI

Türkiyədə yaralanan azərbaycanlıların ADLARI


12-09-2022, 13:44. Yazar: Admin

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən, 11.09.2022 tarixində axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

 

Bu barədə Qarabaginfo.az-a Azərbaycanın İstanbuldakı Baş konsulluğundan xəbər verilib.

 

Bildirilib ki, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıb:

 

“Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.


Geri dön